20 İyun 2021 12:56
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan hərbi qulluqçuların zorla səsverməyə aparılması hallarından danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə partiya üzvü öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, xüsusilə, Tavuşdakı hərbi hissələrdən birinin komandiri tabeliyində olanları Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyana səs verməyə məcbur edir. Xndzoreskdə (Syunik vilayəti) əsgərlərə N.Paşinyan adından dondurmanın paylanması iddia edilib.


Müəllif: Teleqraf.com