Ermənistanda növbədənkənar parlament seçkilərində səslərin 95,8 faizi hesablanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata əsasən, ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə 54,21 faiz səslə liderlik edir.
Bildirilir ki, ikinci yerdə 20,89 faiz səslə Robert Koçaryanın "Ermənistan" bloku, üçüncü yerdə isə 5,25 faiz səslə Serj Sarkisyanın "Şərəfim var" bloku qərarlaşıb.
***
Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası qalib olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Məlumatda bildirilir ki, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.
Qeyd edək ki, hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.