21 İyun 2021 11:45
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan xalqı seçimini etdi və son yeddi ayda səsləndirilən bütün ittihamlara cavab verdi”.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın vitse-spikeri Alen Simonyan bəyan edib.

Onun sözlərinə görə, daha çox müxalifət seçkilərin nəticələrini qəbul etməlidir, çünki seçkilərin ən yüksək səviyyədə keçirildiyi hər kəsə məlumdur:

“Səsləndirilən bütün suallara cavablar verildi”.

Vitse-spiker əlavə edib ki, bütövlükdə seçki prosesi müddətindən səsvermə prosesinə qədər qaydaları pozan, rüşvətlə bağlı işlərə qarışan müxalifət təmsilçiləri olub:

“Səsvermənin nəticələri hakim partiyanın ən çox səs qazandığını göstərir”.

Gürcüstanlı jurnalistin “Ermənistan hakimiyyətinin bölgədəki vəziyyəti sabitləşdirmək üçün altılıq təşəbbüsünə münasibəti necədir?” - sualından yayınan vitse-spiker bir az gözləməyi və səbr etməyi məsləhət görüb:

“Bu gün ölkə hakimiyyəti daha çox təhlükəsizlik və daxili, siyasi sabitlikdən narahatdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər