21 İyun 2021 11:32
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan tərəfdarlarını bu gün saat 20:00-da İrəvanda Respublika meydanına toplaşmağa çağırıb.

Teleqraf.com-un məlumatına görə, Paşinyan bəyan edib ki, erməni xalqı onun partiyasına ölkəni idarə etmək üçün mandat verib.

Məlumat üçün bildirək ki, seçkilərə bir neçə gün qalmış Paşinyanın Mülki Müqavilə Partiyası İrəvan meriyasına müraciət edərək iyunun 21-dən 24-nə qədər Respublika meydanında keçirəcəyi mitinqlər üçün icazə istəmişdi.

Ermənistanda dünən keçirilən seçkilərin nəticələrinə əsasən Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası 105 nəfərlik parlament yerindən 71-ni əldə edib.

Revanşistlərin toplaşdığı Köçəryanın “Ermənistan” bloku parlamentə maksimum 27 deputatla təmsil olunacaq.

Serj Sərkisyanın “Mənim şərəfim” blokunun parlamentə 5 deputatla gedəcəyi ehtimal olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər