21 İyun 11:51
912

İyunun 20-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Ermənistan parlamentində üç siyasi qüvvə təmsil olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mediası yazıb.

Erməni parlamentində “Mülki Müqavilə” Partiyası 71 deputatla təmsil olunacaq. “Ermənistan” seçki blokunun 29 deputatı olacaq. “Mənim şərəfim” seçki bloku isə parlamentə 7 deputat çıxaracaq.

Eyni zamanda parlamentdə milli azlıqların 4 təmsilçisi olacaq.


Müəllif: Cavad