23 İyun 2021 16:13
4 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Ermənistanın Qeqarqunik bölgəsinin Azərbaycanla sərhəd (Kəlbəcər istiqamətində) hissəsinə rus sərhədçilərinin yerləşdirilməsinə dair razılığa gələcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Qraparak” qəzeti yazıb.

“Qraparak” qeyd edib ki, bu razılaşmadan sonra Ermənistan ordusu bu bölgədən geri çəkiləcək. Bildirilir ki, danışıqların bir gün əvvəl keçirilməsi faktını Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan təsdiqləyib.

Qəzet mövzunu inkişaf etdirərək yazıb ki, Azərbaycan tərəfinin buna icazə verib-verməyəcəyinə gəlincə, Davtyan söhbətin Ermənistan ərazisindən getdiyini və burada Azərbaycandan soruşulacaq bir şey olmadığını qeyd edib:

"Tərəflərlə danışıqlar aparılır, çünki ortada suallar var. Məqsəd bölmələri heç bir toqquşma olmadan sərhədə çəkməkdir"

"Ermənistan Baş naziri Nikol Paşinyan çox güman ki, payızda - sentyabrda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir müqavilə imzalayacaq. Bu haqda məlumatlar var”,- “Qarparak” əlavə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər