26 iyun-1 iyul tarixlərində Moskvada Ermənistan və Rusiya dövlətlərarası komissiyanın 13-cü iclası keçiriləcək.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bu məqsədlə Ermənistan nümayəndə heyəti Moskvaya gedib.
Erməni nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Əmlak Komitəsinin nümayəndələri daxildir.
Qeyri-rəsmi məlumata görə, toplantıda Rusiya hərbi bazasının yerləşdirilməsi üçün torpaqların verilməsi və istifadəsi məsələsi müzakirə ediləcək.