Avstriya, Litva və Rumıniya xarici işlər nazirləri Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku "Twitter"də bildirib.
“Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında pozitiv gündəliyə nail olmaq, etimadın möhkəmləndirilməsi, münaqişədən sonrakı məsələlərin həlli və sabitlik üçün regional əməkdaşlıq istiqamətində öz səylərini davam etdirməyə qərarlıdır”, - deyə Rumıniya XİN başçısı vurğulayıb.
Qeyd edək ki, Avstriya, Litva və Rumıniya XİN başçıları Cənubi Qafqaz regionunda səfərdədirlər.