27 İyun 2021 15:13
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyanın "Ermənistan" və "Mənim şərəfim var" seçki öncəsi bloklarının və "Zartonk" partiyasının parlament seçkilərinin nəticələrinin etibarsız qəbul edilməsi ilə bağlı vəsatətləri rədd edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə qərarı Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən iclas zamanı qəbul edib.

Qeyd olunub ki, seçkilər yalnız qanun pozuntularının mövcudluğu bütün seçki prosesinə və son nəticələrə təsir göstərdiyi təqdirdə etibarsız hesab edilə bilər: "MSK bu cür məlumatları qeydə almadı, bu da o deməkdir ki, biz seçkiləri etibarsız hesab edə bilməyəcəyik"


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər