1 İyul 2021 16:32
2 115
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi 2018-ci ilin mayın 12-dən 2021-ci ilin yanvarın 18-dək Ermənistanın səhiyyə naziri olmuş, bu tarixdən etibarən isə baş nazir aparatının rəhbəri işləmiş Arsen Torosyan vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyan sərəncam imzalayıb.

“Sputnik Ermənistan” bildirir ki, yayılan məlumatlara görə, Arsen Torosyanı baş nazirin iki müavinindən biri təyin etmək istəyirlər. Ərazi idarəetmə naziri və hakim “Vətəndaş razılaşması” partiyasının idarə heyətinin sədri Suren Papikyanın isə baş nazirin digər müavini təyin edilməsinə hazırlıq gedir.

Hazırkı Baş nazir müavinləri Tiqran Avinyan və Mqer Qriqoryanın hansı vəzifələri tutacağı hələlik göstərilməyib. Ancaq Mqer Qriqoryanın Xarici İşlər Nazirliyinin başçısı olacağı və Paşinyanın İrəvanın hazırkı rəhbəri Ayk Marutyanın işindən narazılığı fonunda Tiqran Avinyanın paytaxt meri vəzifəsini tuta biləcəyi barədə məlumat var.


Müəllif: Səxavət

Oxşar xəbərlər