3 İyul 2021 16:33
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqı yaxın 5 ildə Ermənistana Sünik (Zəngəzur) vilayətinin inkişafı da daxil olmaqla beş əsas proqram üçün 1,5 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndliyi məlumat yayıb.

Bu proqramlara sərhədyanı Sünik vilayətinin və ümumiyyətlə Ermənistanın cənub bölgələrinin inkişafı, 30 min kiçik və orta kompaniyaya stabil və rəqabətqabiliyyətli iqtisadiyyat yaratmaq üçün dəstək, sosial-iqtisadi inkişaf və kommunikasiya, Şimal-Cənub magistral yolunun təşviqi, informasiya texnologiyaları və elmə investisiyalar daxildir.

Avropa Komissiyasının təşəbbüsü ilə “Şərq Tərəfdaşlığı” çərçivəsində həyata keçiriləcək müvafiq sənəd Brüsseldə təqim olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər