“Hayastan” bloku parlamentdə hakimiyyətə bir anlıq da rahatlıq verməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu blokun təmsilçisi və “Daşnaksütyun” Erməni Milli Federasiyasının üzvü İşxan Saqatelyan bildirib.
O deyib ki, yanaşmalarında və qiymətləndirmələrində heç bir şey dəyişməyib: ölkədəki böhran keçməyib və hakimiyyət dərhal getməlidir.
“Biz parlamentdə olmağımızdan asılı olmayaraq bütün gücümüzlə mübarizəmizi davam etdirəcəyik. Küçə də bizim üçün vacibdir. Bu müxalifət bütün digər müxalifətlərdən fərqli olacaq”.
Saqatelyan əmin olduğunu bildirib ki, “Qürurum var” bloku da parlamentdə radikal müxalifət kimi çıxış edəcək.