Ermənistan Konstitusiya Məhkəməsi dörd siyasi partiyanın erkən seçkilərin nəticələrinin saxtalaşdırılmasına dair iddiasına baxır.
Teleqraf.com xatırladır ki, “Ermənistan” və “Şərəfim Var” blokları Konstitusiya Məhkəməsindən seçkilərin nəticələrini tanımamağı, onun saxtalaşdırıldığını tanımasını istəyir.
Prosesə 9 iyuldan başlanılıb və bu gün də davam edir.
Seçkilərdə saxtakarlığın olub-olmamasını 9 hakim araşdırır.
Əgər Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqləsə, bu zaman Nikol Paşinyan öz hökumətini qurmaq və parlamentdə təsdiqləmək üçün real addımlara başlayacaq.