Avropa İttifaqı Şurasının sədri Şarl Mişel 16-17 iyul tarixlərində Ermənistana səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu, Avropa İttifaqı liderlərindən birinin 2020-ci il müharibəsindən sonra Ermənistana ilk səfəri olacaq.
Bu il iyunun əvvəlində Brüsseldə işgüzar səfərdə olan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Şarl Mişelə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə ətraflı məlumat verib.
“Avropa İttifaqı Şurasının sədri Ermənistan-Azərbaycan sərhədindəki problemin sülh yolu ilə siyasi yolla həllinə dair mövqeləri alqışlayır və Aİ-nin bu prosesi dəstəkləməyə hazır olduğunu bildirir”, - deyə həmin vaxt yayımlanan bəyanatda bildirilmişdi.