Avropa İttifaqı Şurasının (Avropa İttifaqının icraedici orqanı) prezidenti Şarl Mişel iyulun 16-da Ermənistana iki günlük səfərə gəlib.
Teleqraf.com xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, onu hava limanında baş nazirin müavini Mqer Qriqoryan qarşılayıb.
Şarl Mişelin qalacağı hotelin qarşısında etiraz aksiyası keçirilib. Bir qrup nümayişçi – “Daşnaksütyun” Erməni İnqilabi Federasiyanın fəalları ingilis dilində “utanın, ayıb olsun” şüarını səsləndiriblər.
“Siz müharibə zamanı bizə qarşı bombalar istifadə edildikdə susdunuz, siz müharibə zamanı bizə qarşı edilənlərə susdunuz”, - deyə nümayişçilər bildiriblər.
Etirazçılar Avropa İttifaqının Nikol Paşinyanın müxalifət nümayəndələrinin saxlanılmasına görə tənqid edilməməsinin də narazılıq bildiriblər.
Bir müddət sonra – Şarl Mişel hotele daxil olandan sonra “Daşnaksütyun” fəalları dağılıblar.
Səfər zamanı Şarl Mişel Ermənistanın baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanla görüşəcək, bundan sonra tərəflər birgə bəyanatla çıxış edəcəklər. Şarl Mişel Ermənistan prezidenti Armen Sərkisyanla da görüşəcək və “Sisernakaberd” adlanan qondarma erməni soyqırımı abidəsini ziyarət edəcək.