Ermənistan Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyində ciddi dəyişikliyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İravunk” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyində ciddi dəyişikliklər gözlənilir.
Qəzet qeyd edib ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Müdafiə Nazirliyinə birləşdiriləcək. Nəticədə nazirliyin 3000-ə yaxın əməkdaşının yarısının işdən çıxarılması gözlənilir.