22 İyul 2021 17:43
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə “Hayastan” (“Ermənistan”) blokunun fraksiyasına rəhbərlik edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Fraksiya katibinin kim olacağı məsələsi hələ həll olunmayıb, müzakirələr davam edir.

“Sputnik Ermənistan”ın sualını cavablandıran fraksiya nümayəndəsi parlamentdə rol bölgüsü ilə əlaqədar rəsmi açıqlama verəcəkləri sabahkı günə qədər gözləməyi təklif edib.

Qeyd edək ki, S.Ohanyan blok siyahısında 7-ci yeri tutur.

“Ermənistan” bloku parlamentdə 29 mandat alıb, bunlardan biri Assuriya milli azlığının nümayəndəsi Zemfira Mirzoyevadır.

"Ermənstan" blokunun başçısı keçmiş prezident Robert Köçəryandır. S.Ohanyan isə Xocalı soyqırımının iştirakçısıdır.


Müəllif: Səxavət