26 İyul 2021 20:37
3 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 26-da ABŞ-ın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyi nümayəndələrinin müşayiəti ilə Azərbaycan Respublikasının Kəlbəcər rayonu ilə həmsərhəd Geqarkunik vilayətinə səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Kəlbəcərlə sərhəddəki yerləşən hərbi hissənin komandiri general Araik Arutunyan Amerika səfirinə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət barədə məlumat verib. Bundan sonra sərhədin Yuxarı Şorja hissəsinə səfər təşkil edilib.

Səfir Treysi ABŞ-ın Ermənistan-Azərbaycan sərhədindəki hadisələrdən narahatlığını bir daha diqqətə çatdıraraq rəsmi Vaşinqtonun sərhəd demarkasiyası zamanı güc tətbiqinin əleyhinə olduğunu vurğulayıb.

Səfir həmçinin ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həllinə nail olmaq üçün bütün tərəflərlə işləməyə ciddi şəkildə sadiq qaldığını bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər