Qarabağda ölümcül güllə yarası alan erməni qanunsuz hərbi birləşmələrinin əsgəri Sərkis Qriqoryan intihar edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Hadisə gecə saatlarında baş verib. Əsgər sol sinə nahiyəsindən özünü vuraraq həyatına son qoyub.
Olayla əlaqədar cinayət işi açılıb.