27 İyul 2021 17:34
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakının əsas məqsədi və vəzifəsi Ermənistan ərazisi vasitəsilə Naxçıvanla quru əlaqəsini təmin etmək üçün dəhliz əldə etməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan deyib.

Onun fikrincə, Azərbaycan Ermənistanın cənubundan qatarların dayanmayacağı bir dəmir yolu xəttinin çəkilməsini istəyir:

“Onun uzunluğu təxminən 40 kilometr olmalıdır. Bu dəmir yolu xətti Türkiyəyə qədər uzanacaq. Eyni zamanda, Azərbaycan bu xəttin Ermənistan təhlükəsizlik qüvvələrinin mühafizəsi altında olmasını istəmir. Azərbaycan buna can atır. Amma bir şeyi də başa düşmək lazımdır ki, Azərbaycan Ermənistanın iqtisadi inkişafı və Ermənistandan Rusiyaya gedən yolların açılmasından narahat deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər