31 İyul 2021 17:02
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nikol Paşinyanın rəhbərlik etdiyi hakimiyyət Ermənistanın maraqlarına xidmət etmək iqtidarında deyil”.

Teleqraf.com xəbər verir ki, bunu eks-prezident Serj Sərkisyanın sədri olduğu Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti ötən il noyabrın 10-da Azərbaycana təslim olduqdan sonra davamlı şəkildə yeni məğlubiyyətlərə imza atır: “Noyabrın 10 -dan sonra Ermənistan yalnız uduzur. O, Ermənistanın maraqlarına xidmət etməyə qadir deyil”.

Şarmazanov Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşdirilməsi məsələsinə toxunub.

Tarix bilgisi o qədər də yetərli olmadığı hiss edilən Eduard Şarmazanov sərhədlərin SSRİ xəritələri əsasında aparılmasının əleyhinə olduğunu bildirib:

“Dəfələrlə demişəm ki, sərhədlərin demarkasiya və delimitasiyası Sovet Azərbaycanın xəritələri əsasında aparılmamalıdır. Çünki bugünkü Azərbaycan Sovet Azərbaycanın hüquqi varisi deyil, bugünkü Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu faktı təslim olan rejim unudub”.

Qeyd edək ki, Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələləri qismən nizama salındıqdan sonra AXC Cənubi Qafqazdakı tarixi Azərbaycan torpaqlarının 113.9 min kv. km-ni əhatə edib. Həmin dövrdə tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan isə cəmi 9 min. kv. km ərazidə mövcud olub. Üstəgəl, Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransının qərarına əsasən müstəqil dövlət kimi tanınmışdı. Bu gün Ermənistanın tərkibində olan Zəngəzur, Göyçə və digər ərazilər AXC-nin suverenliyində idi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər