“Fransa həmişə ermənilərin yanında olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Tvitter hesabında yazıb.
Ölkəsi ATƏT-in Minsk qrupu olduğu dövrdə də işğalçıdan öz dəstəyini əsirgəməyən fransızların lideri bu dəfə də bədnam qonşularımızı yaddan çıxarmayıb:
“Ermənilər bir çox sınaqlardan keçirlər. Bütün həmrəylik və dostluq hissi ilə onlara müraciət edirəm: Fransa həmişə yanınızda olacaq. Fransa pandemiya ilə mübarizə üçün İrəvana 200.000 doza vaksin göndərməyə hazırdır. Pandemiyanı birlikdə keçəcəyik”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron dünən Ermənistan Baş naziri Nikol Paşinyanla telefonda danışıb. Görüşdə Ermənistan-Azərbaycan sərhədindəki son durum və digər məsələlər müzakirə olunub.