4 Avqust 2021 14:07
3 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutyunyan yenidən “dirilib”.

Teleqraf.com xəbər verir ki, Ağdərə rayonuna gələn Arutyunyan Rusiya sülhməramlıları haqda danışıb.

Separatçının sözlərinə görə, Rusiya hərbçiləri bölgəyə gəlməsəydi, vəziyyət onlar üçün acınacaqlı ola bilərdi:

“Bölgədə durum elədir ki, biz təkbaşına təhlükəsizlik və əmin-amanlığı təmin edə bilmərik. Rusiya qoşunlarının iştirakı müvəqqəti deyil, daimi olmalıdır. Rus qoşunları bölgəyə girməsəydi, taleyimiz başqa cür olardı”.


Müəllif: Mənsur Rəğbətoğlu