“Ötən ilin oktyabr ayından bəri Ermənistanın yüksək vəzifəli şəxsləri Qarabağa getməyiblər”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Aram Vardevanyan deyib.
Onun sözlərinə görə, Ermənistanın indiki hakimiyyəti Qarabağla bağlı bütün məsələlərdə bitərəf qalır və parlamentdə müvafiq komissiyanın yaradılması ilə bağlı səsvermə zamanı bu yanaşmasını nümayiş etdirir.
O xatırladıb ki, oktyabr ayından bəri Ermənistanın yüksək vəzifəli şəxsləri Qarabağa səfər etməyiblər.
Vardevanyan Nikol Paşinyan hökumətinin Qarabağa istiqamətli bütün suallardan çəkindiyini deyib.