Ermənistan parlamentinin spikeri Alen Simonyan Baş nazir Nikol Paşinyanı tənqid etdiyinə görə müxalifətçi deputat Anna Mkrtçyanı konfrans zalından çıxarıb.
Teleqraf.com xəbər verir ki, deputat bundan əvvəl Paşinyanı “kapitulyator” adlandırıb.
“Artıq sizə xəbərdarlıq etmişdim. İndi sizdən konfrans zalını tərk etməyinizi xahiş edirəm. Əks halda təhlükəsizlik işçiləri sizi çıxaracaqlar” - Simonyan Mkrtçyana bildirib.
Deputat jurnalistlərə açıqlamasında parlament sədrinin davranışını “özbaşınalıq” adlandırıb.