İrəvanda insident baş verib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, səhər saat 09:00 radələrində bir şəxs Malatia-Sebastian rayonunun Babacanyan küçəsində yerləşən dövlət idarəsinə daxil olaraq rəhbər şəxslə görüşmək istədiyini bildirib.
İdarə rəhbərinin onunla görüşməyəcəyi təqdirdə əlindəki qumbaranı partladacağını bildirib. Dərhal polisə məlumat verilib, erməni təhlükəsizlik qüvvələri hadisə yerinə gəlib.
Uzun danışıqlardan sonra polisə təslim olan şəxsin 34 yaşlı Samvel olduğu ortaya çıxıb.
Hazırda hadisə ilə bağlı materiallar hazırlanır, müstəntiqin qərarı ilə qumbara müsadirə olunub.