Bu gün Eçmədzin-Aştarak magistralının Mrqastan kəndinin ərazisindən keçən hissəsində kənd sakinləri və ona bitişik icmalar suvarma problemini həlli tələbi ilə etiraz aksiyası keçirib.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, kənd sakinləri yolu bağlamağa cəhd ediblər.
Bir müddət yolun bağlı qalmasına nail olan etirazçılar polislə danışıqlardan sonra yolu açmağa razılaşıb.
“Bizdə suvarma suyu yoxdur, mövcud su kifayət deyil. Bir bulaqdan su alırıq, bu da kifayət etmir. 6 gündür kənddə su yoxdur”,- kənd sakini deyib.