Rusiya ötən ilin noyabrında Ermənistana ordusunun modernləşdirilməsi üçün silahlar göndərib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dünən erməni İctimai televiziyasına müsahibəsində deyib.
“2020-ci ilin noyabrından başlayaraq biz öz arsenalımızı modernizə etmək və yeniləmək üçün Rusiyadan silahlar alırıq, bu proses fasiləsiz davam edir. Ermənistan hökuməti ordunu tam modernizə etmək niyyətindədir və bunu qısa müddət ərzində həll etməyə çalışır”, - Qriqoryan bildirib.