Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkə parlamentində Ermənistan-Azərbaycan sərhədində sabitliyin qorunması variantlarından danışıb.
Teleqraf.com xəbər verir ki, N.Paşinyan deyib: “Mən bir neçə variant görürəm: Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi, KTMT müşahidə missiyasının ezam olunması, ATƏT-in Minsk Qrupunun həmsədrliyinin monitorinqi.
Qeyd etməkdən məmnunam ki, hazırda Rusiya sərhədçilərinin yerləşdilməsi ilə bağlı aktiv müzakirələr gedir, KTMT ilə iş davam edir, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri məsələyə müəyyən maraq göstərirlər. Biz bu sahələrdə işimizi davam etdirəcəyik”.