25 Avqust 2021 11:28
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ermənistan parlamentinin iclasında deputatlar arasında dava olub.

Teleqraf.com xəbər verir ki, hadisə “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Hayk Sərkisyanın çıxışı zamanı yaşanıb.

Sərkisyan vətəndaşların pulla və ya bir telefon zəngi ilə ordudan azad edilən müdafiə nazirlərinin xəyanətkar olmasından bəhs edib.

Onun bu sözləri müxalifətçi deputatları qəzəbləndirib. Bundan sonra kürsüdə çıxış edən Sərkisyana su qabları atılıb və beləcə parlament salonunda vəziyyət kəskinləşib.

Bundan sonra təhlükəsizlik qüvvələrinin əməkdaşları salona daxil olaraq tərəfləri sakitləşdirməyə çalışıb.


Müəllif: Cavad

Oxşar xəbərlər