Cari ilin 7 ayı ərzində Ermənistanı hava nəqliyyatı ilə tərk edən vətəndaşların sayı ölkəyə gələnlərin sayından 121 059 nəfər çox olub.
Bu barədə Ermənistan mediası məlumat yayıb.
Xüsusi halda, yanvarda (iki aeroportun məlumatlarını nəzərə alaraq-red) ölkəyə gələnlərin sayı 31 052 nəfər, Ermənistandan gedənlərin sayı 33 244 nəfər təşkil edib.
Fevral ayında Ermənistana 31 901 nəfər gəlib, ölkədən gedənlərin sayı 58 297 nəfər olub.
Cari ilin martında ölkəyə gələnlərin sayı 42 283 nəfər, gedənlərin sayı 74 198 nəfər olub. Apreldə Ermənistana 58 978 insan gəlib, 75 152 nəfər tərk edib.
Məlumata görə, 2021-ci ilin mayında də gələnlərin sayı (82 513 nəfər) ölkədən gedənlərin (83 840) sayından az olub.
Ermənistana iyunda hava yolu ilə 355 952 nəfər gəlib, ölkəni 416 054 insan tərk edib.
Qeyd edilir ki, iyulda gələnlərin sayı 158 999 nəfər təşkil edib, 141 952 nəfər Ermənistanı tərk edib.
Bütovlükdə cari ilin 7 ayı ərzində Ermənistana gələn vətəndaşların sayı 761 678 nəfər, ölkəni tərk edənlərin sayı 882 737 nəfər olub.