“Paşinyan Sünikdən (Zəngəzur) Azərbaycana nəqliyyat dəhlizi verməyə məcbur olacaq”.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan deyib.
Onun sözlərinə görə, Azərbaycan ordusu dünən sərhəddə baş verən gərginlikdən sonra Ermənistanı İranla bağlayan Qafan-Gorus yolunu bağladığını bildirib.
Matevosyan qeyd edib ki, bu gün Ermənistan xarici dünya ilə iki yolla bağlıdır: Zəngəzur vasitəsilə İrana gedən və həmçinin Tavuş bölgəsindəki anklavlardan (Qazaxın işğalda olan kəndlərindən keçən yol) Gürcüstana uzanan yol:
“Azərbaycan Qafan-Gorus yolunu bağlı saxlamağa davam edərsə (və bu ağır yük daşımaları üçün İrana gedən yeganə yoldur), həmçinin Tavuşdakı anklavları geri qaytarıb, bununla da Ermənistan-Gürcüstan dövlətlərarası yolu üzərində nəzarəti ələ keçirərsə, Ermənistanın tamamilə nəqliyyat blokadasına düşəcəyini əminliklə söyləmək mümkün olacaq. Vəziyyət bu formada davam edəcəksə, Azərbaycanın Sünikdə planlaşdırdığı kommunikasiya xətlərinin açılmasına məcburi razılıq veriləcək. Bu isə o deməkdir ki, Ermənistan birbaşa Azərbaycanın kommunikasiyalarından asılı vəziyyətə düşəcək”.
Matevosyan Baş nazir Paşinyanın Türkiyə və Azərbaycanla ticarət əlaqələri qurmaq arzusunda olduğunu bildirib. Bu səbəbdən də Zəngəuz dəhlizinin açılmasına razı olduğunu deyib.