Ermənistan hökumətinin bu gün keçirilən iclasında regional sülh mövzusuna toxunan ölkənin Baş naziri Nikol Paşinyan Türkiyədən müəyyən müsbət ictimai siqnalların olduğunu söyləyib.
Teleqraf.com xəbər verir ki, N.Paşinyan bununla bağlı deyib: “Biz bu siqnalları dəyərləndirəcəyik və müsbət siqnallara müsbət siqnalla cavab verəcəyik”.
Nikol Paşinyan sözügedən müsbət siqnallar barədə ətraflı açıqlama verməyib.