Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan 30-31 avqustda Rusiyaya işçi səfərə gedəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Mirzoyan Rusiya Xarici İşlər naziri Sergey Lavrovla müzakirələr aparacaq.
Erməni nazirin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zazla görüşü də panlaşdırılır.