“Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür”.
Teleqraf.com xəbər verir ki, bunu Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşündən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
“Biz Ermənistan və Azərbaycan arasındakı bütün məsələlərin yalnız siyasi və diplomatik üsullarla həll edilməli olduğunu düşünürük. Uzunmüddətli həll yalnız sərhədlərin delimitasiyası və demarkasiyası ilə mümkündür. Rusiya prezidentinin (Vladimir Putin) bununla bağlı təşəbbüsü hamıya məlumdur”, - Lavrov qeyd edib.
Onun sözlərinə görə, Rusiya bölgədəki kommunikasiyaların blokadadan çıxarılması üzrə üçtərəfli işçi qrupunun işindən razıdır:
“Moskva ümid edir ki, bu mexanizm regionun iqtisadi bərpasına kömək edəcək və uzunmüddətli rifah üçün möhkəm zəmin yaradacaq”.