Ermənistanın sabiq prezidenti Robert Köçəryan 44 günlük müharibədən sonra Qarabağdakı separatçıların gələcəyinin qeyri-müəyyənlik qarşısında qaldığını deyib.
Teleqraf.com xəbər verir ki, o, dolayı yolla Azərbaycana məğlubiyyətin “status” məsələsini gündəmdən çıxardığını etiraf edib.
“44 günlük müharibə nəticəsində Qarabağ böyük qeyri-müəyyənliklərlə üzləşdi. Qarabağda yaşayanlar mövcud vəziyyətin ciddiliyini anlamalıdırlar”, - Köçəryan bildirib.