Bu gecə İrəvanda odlu silahdan istifadə ilə qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, gecə saat 01:10 radələrində Şenqavit küçəsinin ikinci zolağındakı evlərdən birinin qarşısında iki güllə yarası alan kişi cəsədi aşkarlanıb.
Polis və müstəntiqlər hadisə yerinə gəlib. Məlum olub ki, qətlə yetirilən 45 yaşlı Samvel Vardanyandır.
Polis müəyyən edib ki, hadisə mübahisə səbəbindən baş verib. 26 yaşlı Aşot Mkrtçyan tapança ilə Vardanyanı qətlə yetirib.
Şühəli şəxs saxlanıldıqdan sonra məhkəmə qərarı ilə həbs edilib.