6 Sentyabr 2021 13:18
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın birinci instansiya məhkəməsində Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın kazinoda 100 milyon dollar uduzub-uduzmadığına dair məlumatı dəqiqləşdirmək üçün proses başlayır.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Sərkisyanın vəkili Aram Makinyan məlumat verib.

Xatırladaq ki, avqustun 25-də Ermənistan parlamentinin deputatı, “Vətəndaş müqaviləsi” fraksiyasınınü üzvü Xaçatur Sukiasyan bəyan edib ki, Sərkisyan ordu üçün nəzərdə tutulan 100 milyon dolları kazinoda uduzub.

İndi eks-prezident və vəkili bu iddianın məhkəmədə təsdiq edilməsini tələb edir. Sərkisyan iddianın təsdiq edilməyəcəyi təqdirdə deputatdan parlament tribunasından bu xəbəri təkzib etməsini və bir milyon dram cərimə edilməsini tələb edir.


Müəllif: Cavad

Oxşar xəbərlər