17 Sentyabr 2021 15:17
2 320
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamağın tərəfdarıdır.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu Qriqoryan bu gün jurnalistlərə açıqlamasında deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarovanın dünənki açıqlamasına münasibət bildirən Ermənistan baş nazirinin müavini bildirib ki, delimitasiya və demarkasiya prosesinə başlamaq lazımdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər