“Sentyabrın 16-da Ermənistanın şərq və cənub-şərq sərhədlərinin bütün perimetri boyunca Ermənistan Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təlimləri başlayıb”.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyi bəyan edib.
Məlumatda qeyd edilir ki, xüsusi taktiki təlimlərin döyüşə mümkün qədər yaxın şəraitdə təşkil edilib. Həmçinin, şərti düşmənin vacib obyektlərini müəyyən etmək və məhv etmək, əlverişli mövqelərə sahib olmaq və digər ssenarilər həyata keçirilib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi bəhs etdiyi təlimlərlə bağlı yayımladığı videoda 8-12 hərbçi gözə dəyib.