18 Sentyabr 2021 13:50
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın “Arevik” milli parkında yenidən yanğın başlayıb

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, yanğınların söndürülməsinə 86 xilasedici cəlb edilib.

Qeyd edək ki, sentyabrın 15-də baş verən yanğının söndürülməsinə 32 xilasedici və əlavə olaraq 25 nəfər cəlb edilmişdi.

100 hektara yaxın bitki örtüyü yanıb.

Qeyd edək ki, ermənilərin “Arevik” parkı adlandırdığı ərazi qədim Azərbaycan torpağı Zəngəzurun qərb hissəsində Kiçik Qafqaz Sıra dağlarının ətəyində yerləşir.


Müəllif: Cavad