20 Sentyabr 2021 11:50
39 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Ermənistan mətbuatında İrəvanın mərkəzinə iki türkün saxlanılması barədə məlumat yayılmışdı.

Teleqraf.com xəbər verir ki, Ermənistan Polis İdarəsi açıqlama verərək durumu aydınlaşdırıb.

“Dünən bir vətəndaşdan polisə zəng gəldi ki, İrəvandakı bazarlardan birində üç şübhəli şəxs – “Azərbaycanın casusları” var. Bir neçə dəqiqədən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən yerə gəliblər. Şəxslər polis idarəsinə aparılıb və İrandan gələn turist olduqları məlum olub. İzahat alındıqdan sonra saxlanılanlar sərbəst buraxılıb”, - açıqlamada qeyd olunub.

Polis vətəndaşları təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər