20 Sentyabr 2021 14:43
2 814
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəmir yolundan istifadə məsələsinin müzakirəsi bu gün daha aktualdır, çünki infrastruktur həlləri tarixi baxımdan qoyulur”.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan deyib.

O əlavə edib ki, bu gün infrastrukturun bərpası məsələsi müzakirə olunur, bu da onların xəritədə olması deməkdir: “Magistral yollara gəldikdə vəziyyət daha mürəkkəbdir”.

Qriqoryanın sözlərinə görə, Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun işi zamanı nəqliyyat və iqtisadi kommunikasiyaların blokunun açılmasının iki əsas istiqaməti müzakirə olunur:

“Birincisi, sırf infrastruktura aid olan texniki həllərdir - dəmir yolları və avtomobil yolları. Sərhəd və gömrük nəzarətinin, fitosanitar tədbirlərin həyata keçirilməsi ilə bağlı funksiyaların müzakirəsi də nəzərdə tutulub. Bu istiqamətdə işlər hazırda mütəxəssis səviyyəsində davam edir.

İkinci istiqamət, Ermənistan tərəfinin yalnız mövcud qaydalar əsasında öz suverenliyini qorumaq çərçivəsində hərəkət etməsini şərtləndirən hüquqi komponentdir. Xüsusilə, söhbət MDB və digər beynəlxalq təşkilatlar çərçivəsində qanunvericilik bazasının təhlilindən gedir”.


Müəllif: Cavad

Oxşar xəbərlər