23 Sentyabr 2021 15:58
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Ermənistana meşə yanğınlarını söndürmək üçün yardım göndərib.

Teleqraf.com xəbər verir ki, bu barədə erməni mətbuatı "Pars Today"ə istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, bu yaxınlarda Mehridə baş verən meşə yanğınlarını söndürmək üçün Mehri gömrük əməkdaşları İranlı həmkarlarından yardım istəyib.

Bundan sonra İranın Ermənistanla sərhəd əyalətindən Mehriyə yanğınsöndürmə qrup göndərərək dəstəyini nümayiş etdirib.


Müəllif: Nemət