30 Sentyabr 2021 18:56
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva hökuməti Ermənistana Moderna istehsalı olan 50 min doza “Spikevax” peyvəndi bağışlayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Litvanın Baş naziri İnqrida Şimonite deyib.

“Mən şadam ki, biz ermənilərə nəinki "AstraZeneca", həm də "Moderna" peyvəndləri verə biləcəyik”, - deyə baş nazir bildirib.

Bununla da Ermənistan ilk dəfə olaraq Moderna istehsalı olan peyvəndini alacaq.

Litvanın Ermənistandakı səfirliyi, həmçinin, rəsmi Vilnüsün Avropa İttifaqının epidemiyanı idarə etmək üçün qlobal təşəbbüslərini dəstəkləməyə davam edəcəyini qeyd edib.


Müəllif: Səxavət