1 Oktyabr 2021 13:53
742
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın ümumi yurisdiksiyasının birinci instansiya məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin müstəntiqinin Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatı tədarük edən şirkətin direktoru David Qalstyanın iki ay müddətinə həbs edilməsi barədə vəsatətini təmin edib.

Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Armen Arutyunyan məlumat verib.

O, həbs qərarını əsassız hesab etdiyini və apelyasiya şikayəti verəcəyini deyib.

Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da həbs olunub. Hər iki şəxs mənimsəmə, korrupsiya və digər ittihamlar üzrə həbs edilib.


Müəllif: Mənsur Rəğbətoğlu