“Hər halda bu, xoşagəlməz vəziyyətdir”.
Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş qərargah rəisinin sabiq müavini, general Tiran Xaçatryan keçmiş müdafiə naziri David Tonayan və yüksək rütbəli hərbçilərin həbsi haqqında danışarkən deyib.
Məlumat üçün qeyd edək ki, sabiq müdafiə naziri David Tonoyan və “Patron Davo” ləqəbi ilə tanınan silah təchizatçısı David Qalstyan dövlətdən təxminən 2 milyard dram mənimsəməkdə, saxtalaşdırmaqda və ictimai təhlükəli hərəkətlərdə günahlandırılır.
Tiran Xaçatryan isə bildirib ki, bu barədə bir söz deyə bilməz, çünki işlə tanış deyil. Yaranan durumu xoşagəlməz adlandıran erməni general sabiq müdafiə nazirinin günahsız olduğuna da inanmır: “İşin gedişində bu məsələyə aydınlıq gələcək”.
Tiran Xaçatryanın bildirib ki, hökummət müharibədə məğlubiyyətə səbəb olanları tapmağa çalışdığından bu işdə başqa müttəhimlər də olacaq.