4 Oktyabr 2021 19:59
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan kommunikasiyaların açılmasına bir daha tərəfdar olduğunu bəyan edir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Tehranda həmkarı Hüseyn Əmir Abdullahiyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Erməni nazir guya Azərbaycanın buna mane olduğunu deyib: "Ancaq Azərbaycanın Ermənistanın sərhədlərinə və suveren ərazisinə təcavüzü bölgədə sülhün və sabitliyin təmin edilməsi səylərini təhlükə altına alır. İranın Ermənistanın ərazi bütövlüyünə yanaşmasını yüksək qiymətləndiririk".

Ararat Mirzoyan hesab edir ki, bölgədə kommunikasiya marşrutlarının bərpası ilə bağlı Azərbaycan, İran və Rusiyanın iştirakı ilə danışıqlar və müzakirələr aparılması zəruridir.


Müəllif: Teleqraf.com