6 Oktyabr 2021 11:45
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Nazirlər Kabinetinin qarşısında aksiya keçirilir.

Teleqraf.com erməni mediasına istinadən xəbər verir ki, aksiyanı qanunsuz olaraq Azərbaycanın Hadrut məntəqəsində yaşayan və 44 günlük müharibə nəticəsində İrəvana qaçan ermənilər keçirir.

Erməni “qaçqınlar” hökumətdən onların probleminə baxmağı, mənzillə təmin etməyi və ya geriya “qaytarılmaqlarını” tələb edirlər.

Qeyd edək ki, son 30 ildə Hadrut, Laçın və Kəlbəcərdə yaşayan ermənilər mütəmadi olaraq İrəvanda etiraz aksiyası keçirir, hökumət qarşısında tələblər irəli sürürlər.


Müəllif: Nemət