Oxşar xəbərlər
Ermənistan və Azərbaycan nümayəndələri Vyanada Qarabağ problemini müzakirə ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” Partiyasının sədri Edmon Manukyan özünün Feysbuk səhifəsində yazıb.
O qeyd edib ki, Vyanada Avstriya beyin mərkəzlərindən birinin təşkil etdiyi Qarabağ münaqişəsi ilə bağlı qapalı müzakirədə iştirak edib. Bildirib ki, görüşdən ondan əlavə Respublika Partiyasından Armen Aşotyan və Karen Avakyan iştirak edib.
Erməni siyasətçi yazıb ki, Azərbaycan tərəfindən də tədbirdə üç deputat iştirak edib.
Marukyan əlavə edib ki, müzakirədə ATƏT, Avropa Birliyi nümayəndələri, səfirlər, Avstriya Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.